Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qəni Elçibəyə bənzədildi: “O, Bakını tərk edərkən nə xalqın pulunu, nə də qızılını götürmüşdü” - Fazil Mustafadan SƏRT REAKSİYA

“Sosial medianın Azərbaycan seqmentində Əşrəf Qəninin qaçışını mərhum Əbülfəz Elçibəyin Bakını tərk etməsi ilə müqayisə edənlər ortaya çıxıb”.

Yenicag.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa öz “Facebook” hesabında yazıb.

Fazil Mustafa ölkədən milyonlar çıxardan Qəni ilə Elçibəyin müqayisəsini uğursuz adlandırıb:

“Əvvəla, Əbülfəz Elçibəy Bakını tərk edərkən özü ilə nə xalqının pulunu, nə də bir qram qızılını götürmüşdü. Əşrəf Qəninin isə özü ilə 100 milyonlarla pul götürdüyü haqda xəbərlər var. Odur ki, bu, uğursuz müqayisədir.

Digər tərəfdən, Əbülfəz Elçibəyin arxasında ABŞ və ya o böyüklükdə hansısa başqa bir güc dursaydı, Azərbaycan belə bir problemi qətiyyən yaşamazdı” deyə yazan millət vəkili Elçibəyin gedişi ilə bağlı “Ancaq dünyadakı erməni mafiyası, Rusiya və İran birləşərək onun hakimiyyətdən getməsini təmin etdilər. Bu baxımdan da müqayisə uğursuzdur.

Başqa bir məqam odur ki, Əbülfəz Elçibəy ölkəsini tərk etmədi, sona qədər Azərbaycanda qaldı. Həm də o dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsinə Elçibəy şərait yaratdı. Bu da onun əsl vətənpərvərliyini göstərdi. Yəni hakimiyyətdən getsə də, ölkənin dağılmaması üçün daha güclü bir liderin hakimiyyətə gəlməsinin zərurətini hiss etdi. Əşrəf Qani isə özündən sonra dövlətin taleyini düşünmədi, pul götürüb ölkəsini tərk etdi. Əslində, Qani qalmalı və “Taliban”la məsələləri çözüb sonra getməli idi”, – deyə millət vəkili qeyd edib.

www.yenicag.az

617
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100