!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qənirə Paşayevadan "Turan Tovuz" açıqlaması: "AFFA-dan bizə dedilər ki, imkanımız yoxdur"

!Reklam – Yazi

“Turan Tovuz” futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çempion olsa da, Premyer Liqaya buraxılmadı. Səbəb isə komandanın sponsor baxımından əziyyət çəkməsidir.

Bir sıra şəxslər bu problemi həll etmək üçün canfəşanlıq göstərsə də, təəssüf ki, müsbət nəticə əldə olunmadı. Bu şəxslərdən biri də Tovuzun millət vəkili Qənirə Paşayeva idi.

Yenicag.az saytına eksklüziv açıqlama verən millət vəkili “Turan Tovuz”un Premyer Liqaya buraxılmamasına münasibət bildirib:

“Bu, bizim borcumuzdur. Sadəcə, ona görə yox ki, biz tovuzluyuq, “Turan Tovuz”da Tovuzun komandasıdır. Ona görə ki, “Turan Tovuz” Azərbaycanda böyük futbol ənənələrinə malik olan klubdur. “Turan Tovuz”un ölkə futbolunda xüsusi yeri var. Azərbaycan futbolu üçün kifayət qədər oyunçu yetişdirib. Hər kəs bu komandaya dəstək olmalıdır. Bildiyiniz kimi birinci divizionda çempion olaraq Premyer Liqaya vəsiqəni təmin etmişdi. Böyük maliyyə imkanları olmamasına baxmayaraq, onlar bunu alınlarının təri ilə qazanmışdılar. Bizim hamımızın istəyi komandanın Premyer Liqada çıxışını təmin etmək idi. Ancaq bilirsiniz ki, müəyyən lisenziya şərtlərinə əməl etmək lazımdır. Bu aspektdə “Turan Tovuz” üçün ağrılı məsələ sözsüz ki, maliyyə mənbəyi idi. Çox təəssüf ki, maliyyə problemini bu dəfə də aşmaq mümkün olmadı. Amma biz komandanın rəhbərliyi ilə danışdıq, söhbət etdik ki, maliyyə problemlərinin həlli üçün başqa bir taktika, strategiya həyata keçirək. 3-4 adamın yox, yüzlərlə tovuzlunun kiçik də olsa, dəstəyini əldə etmək lazımdır. Böyük maliyyəyə malik olan insanlar, şirkət sahibləri ortaya çıxmadı ki, bu öhdəliyi öz üzərilərinə götürsünlər. Bu problem “Turan Tovuz” üçün həllini tapmalıdır. Daha çox insanın dəstəyi ilə bunu həll etmək olar.

– AFFA bir sıra klublara maliyyə dəstəyini göstərir…

– “Turan Tovuz” da AFFA-dan dəstək alır. Bilirsiz, bununla bağlı assosiasiyaya müraciət etdik. AFFA-dan bizə dedilər ki, daha yüksək maliyyə imkanı ilə dəstək göstərmək imkanına sahib deyillər.

– İş adamlarına müraciət etmişdiniz?

– Təbii ki, bununla bağlı daha çox komanda rəhbərliyi məşğul oldu. Biz də öz növbəmizdə müəyyən şəxslərə müraciət etdik. Bilirsiz ki, söhbət az məbləğdən getmir. Ancaq böyük dəstək göstərmək imkanına malik insanlar ortaya çıxmadı.

Emin Səfərov
Yenicag.az
Foto: Cəmalə Əlizadə

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv