“Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayevanın vəziyyəti stabildir”.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.
Əmisi deputatın vəfat etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu qeyd edib:
“Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.
Q.Paşayev dövlətin xüsusi qayğı göstərdiyini qeyd edib:
“Qənirə dövlətin xüsusi nəzarətindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət göstərir. Türkiyədən həkimlər çağırılıb. Dünən Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov da baş çəkdi. Bunlar hamısı dövlətin qayğısıdır”.
Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib./oxu.az/
***
12:18
Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.
Bu barədə Yenicag.az-a xəstəxanadan bildirilib.
Qeyd olunub ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə edilib:
“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisalı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.
Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır”.
***
10:44
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, baş həkim apa-ya açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır:
“Reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputa-tı, Mədəniyyət komitəsinin sədridir.