Qərar açıqlandı: Lapşin Bakıya göndərilir

Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb.

Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib.

Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib. Onun elə bu gün Bakıya yola salınacağı gözlənilir.

Yeniçağ.az