Qərargah dağıdıldı, 200 PKK zabiti məhv edildi

99350Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına ağır zərbə endirib.

Yenicag.az  xəbər verir ki, hava hücumları nəticəsində təşkilatın silah-sürsat anbarları, sığınacaqları, depoları dağıdılıb və 200 üzvü öldürülüb. Təşkilatın rəhbəri Murat Karayılanın qərargahının da vurulduğu iddia edilir.

PKK-nın əsas şəxslərindən olan Murat Karayılanın qərargahının da vurulan yerlər arasında olduğu, lakin Karayılanın əməliyyat zamanı qərargahda olmadığı bildirilir.