“Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası cəlb edilib”.
Yenicag.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.
Onun sözlərinə görə, yanğın bazarın 400 kv. metr ərazisini əhatə edib.
O, qeyd edib ki, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır./Report/