“Qərb Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini dəstəkləməlidir” – Neil Uotson

“Hazırda Yaxın Şərqdə bütün zamanların ən gərgin vəziyyətlərindən birini görürük”.

Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı siyasi ekspert Neil Uotson deyib.

Analitik son günlər dünya gündəmini zəbt edən İran-İsrail lokal müharibəsi və bunun ölkəmizə təsirlərindən söz açıb.

Onun sözlərinə görə, “Hizbullah” və HƏMAS qarşıdurma aparır, lakin İsrail hər iki qrupun aparıcı üzvlərini çıxarıb.

“İsrail indi “Hizbullah”ı darmadağın etmək üçün Livan ərazisinə daxil olur və Beyrutu atəşə tutur. O, ən sadiq dəstəkçisi olan ABŞ-yə belə əhəmiyyət vermir və insan itkisindən asılı olmayaraq qələbəyə can atır. Tərəflər həmişə olduğu kimi, sülhdən uzaqdadırlar və bu, İranla – onun etibarlı tərəfdaşları HƏMAS və “Hizbullah” deyil – İsrail arasında birbaşa qarşıdurmadır. Narahatlığım gərginliyin artması və münaqişənin nüvə silahına çevrilməsi ehtimalıdır. İndi danışıqların aparıla biləcəyi hər hansı ümumi əsas görmürəm”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, bu, həm də ərəb dünyası ilə əla əlaqələri olan, habelə İkinci Qarabağ müharibəsi zamanı İsraillə də əlaqələrini yüksəldən, müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi ölkə olan Azərbaycanı da çətin vəziyyətdə qoyur.

“Azərbaycan üçün bu münaqişədə balanslı qalmaq getdikcə çətinləşir və proseslər bir daha göstərir ki, Qərb Azərbaycanı və Qarabağla bağlı haqlı mövqeyini daha yaxşı başa düşməli və dəstəkləməlidir”, – deyə o vurğulayıb.

Rafi Müslümov

COP29