!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb bölgəsini dolu “vurdu” - Təsərrüfata ciddi ziyan dəyib

!Reklam – Yazi

Azərbaycanın Qərb bölgəsində güclü yağış və dolu yağıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunub. Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağıb. Eyni zamanda Qazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti hökm sürür.

Bölgəyə yağan dolu meyvə ağaclarına və təsərrüfata ziyan vurub. Dağ çaylarında suyun səviyyəsi qalxıb.

Ağdam rayonuna da dolu yağıb. Təbiət hadisəsi bu gün günorta saatlarında qeydə alınıb. Ağdam rayonunun Çəmənli, Sarıcalı, Çıraqlı və bir neçə kəndinə yağan dolu təsərrüfatlara, xüsusilə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan vurub.

www.yenicag.az

1231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv