Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Qərb cəbhəsi mat vəziyyətində - Xəyallar puça döndü

Reklam: High Technic

Azərbaycan prezidenti imzaladığı sərəncamla seçkilərin vaxtını dəyişdi və ölkədə növbədənkənar prezident seçkiləri elan edildi.

Sözügedən sərəncam gözlənilməz olmaqla yanaşı həm də düşünülmüş siyasi bir addım kimi dəyərləndirilir. Hər kəsi düşündürən isə bunun səbəbləridir.

Politoloq Elşən Manafov prezidentin məlum sərəncamını Yenicag.az-a şərh edib:

“Prezidentin məlum sərəncamına həm hüquqi, həm də siyasi anlamda yanaşmaq olar. Şübhəsiz ki, bu sərəncamda hakim partiyanın konyuktur maraqları ilə bağlı məsələlər də var. Bütövlükdə qanunvericilik kontekstində prezidentin bu sərəncamında əlbəttə ki, danılmaz heç bir məqam yoxdur. Prezidentin tam səlahiyyəti və qanunvericilik təşəbbüsündən çıxış etmək hüququ var. Prezident də bu məqamdan istifadə edərək, ölkədə növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam imzalayıb”.

Məsələyə dövlətçilik maraqları baxımından yanaşdıqda politoloq bildirib ki, heç şübhəsiz seçki vaxtının müəyyən qədər irəli çəkilməsi regionda və dünyada baş verən hadisələrlə əlaqədardır:

“Azərbaycan elə bir mürəkkəb regionda yerləşir ki, 6 ay sonra bölgədə, xüsusən Yaxın və Orta Şərqdə hadisələrin hansı istiqamətdə cərəyan edə biləcəyi ilə bağlı ən populist politoloqlar belə konkret fikir söyləməkdə çətinlik çəkərlər. Ümumiyyətlə, Rusiyanın Suriyada ilişib qala biləcəyi məqamları ola bilər, Türkiyənin Afrində apardığı əməliyyatların uğurlu keçməsinə baxmayaraq Qərb, xüsusən də ABŞ rəsmi Ankaranı Suriya bataqlığına sürükləyə bilər. Sovetlər kimi böyük bir ölkə Əfqanıstan bataqlığında ilişib qaldı və bu, SSRİ-nin dağılmasını sürətləndirdi. Bu kontektsdə regionda cərəyan edəcək hadisələri nəzərə alaraq, Azərbaycanın dövlətçilik maraqları baxımından çıxış edərək, seçkilərin müəyyən zaman irəli atılması səbəblərdən birincisi ola bilər”.

Digər səbəbə gəldikdə isə Elşən Manafov qeyd edib ki, Dağlıq Qarabağ məsələsi ətrafında fors-major vəziyyət yarana bilər:

“Bu qərar həmçinin, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində daha güvənli olması, daha çevik və operativ addımlar atması üçün də verilə bilər. Aprel döyüşləri də göstərdi ki, Dağlıq Qarabağ ətrafındakı məsələ gözlənilmədən dəyişər. Azərbaycan dövləti buna hazır olmalıdır”.

Bu addımın müxalifətdəki qüvvələrə görə atıla biləcəyini də deyən, politoloqun sözlərinə görə, məlum sərəncam Qərb cəbhəsini mat vəziyyətinə salıb:

“Azərbaycan müxalifətinin radikal qanadı, xüsusilə Qərbin məlum dairələri ilə əməkdaşlıq edənlər çaş-baş vəziyyətə düşüblər. Həmin qüvvələr seçkilərə 6-7 ay qaldığı bir vaxtda ciddi şəkildə hazırlaşa, resursları cəmləyə, maliyyə ilə bağlı məsələlərə aydınlıq gətirə və seçkilərə güclü hazırlaşacaqlarını xəyal etdikləri təqdirdə küncə sıxılmış vəziyyətdə qaldılar. Azərbaycan müxalifətinin təmsilçilərindən biri olan Əli Əliyev özü etiraf etdi ki, prezidentin bu qərarı müxalifətin radikal qanadını mat vəziyyətində qoydu. Bu, həm dövlətçilik, həm də iqtidarın özünün konyuktur maraqları baxımından anlaşılandır”.

Səxavət Məmməd

www.yenicag.az

1395
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM