Qərb Kiyevin arxasından ÇƏKİLİR – “Bu savaş Ukraynanın başında çatlayacaq”.

“Rusiya ilə ABŞ-nin savaşı Ukraynanın başında çatlayacaq”.

Bu sözləri Rusiya-Ukrayna cəbhəsində rusların hər keçən gün daha çox irəliləməsini və bunun nəticələrini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanın yanından çəkiləcək:

“BRICS-in Kazandakı sammitində Rusiya prezidenti Vladimir Putin bildirdi ki, dünyada yeni nizamlama yaranır və beynəlxalq təşkilatlar, demək olar ki, işləyə bilmir. Dünyada gedən proseslərə baxanda yeni logistika yollarının və birliklərin yarandığının şahidi oluruq. Gürcüstanda baş verən proseslər də onu deməyə əsas verir ki, dünya yeni nizama doğru gedir. Əvvəllər neft-qaz üstündə münasibətlər qurulurdusa, indi bu alternativ enerji və yollar üzərindən baş verir”.

“Ukrayna məsələsində Qərbin mövqeyi də birmənalı deyil. Faktiki olaraq, dünyada iki qüvvə müxtəlif regionlarda savaş içərisindədir. Bu iki qüvvənin savaşı Ukraynanın başında çatlayacaq. Yəni Ukrayna üçün acınacaqlı vəziyyət yaranır. Əvvəllər Ukraynanın yanında başqa dövlətlər var idi ki, o dövlətlər gələcəkdə addım-addım onun yanından geri çəkiləcəklər”.

Səxavət Məmməd

COP29