!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qərb liderlərinin bir hissəsinin qorxaqlığından sui-istifadə edən Putin..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın zavala uğraması əsasında Ukraynada camaat qırılır, Ukrayna dövləti məhv olur, bu heç kimi maraqlandırmır”.

Bunu Rusiya-Ukrayna müharibəsinin gedişi fonunda Luqanskın işğalı ilə bağlı Vladimir Putinin rus ordusunu təbrik etməsini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Qərb Ukraynaya müasir silahı daha çox verməlidir:

“Rusiya Xersonun inzibati sərhədlərinə də çıxmaq istəyir ki, Xersonu respublika elan etsinlər. Sonra o üç respublikanı Rusiya Federasiyasına daxil edəcəklər. Sonra da elan edəcəklər ki, kimsə onların ərazisinə daxil olmaq istəsə, layiqli cavab alacaq, o cümlədən nüvə silahı ilə hədələmələr olacaq. Qərb liderlərinin bir hissəsinin qorxaqlığından sui-istifadə edib Putin öz istədiyini edir. Danışıqlar gözləntisi, ümumiyyətlə. yoxdur. Banditlə necə danışıq aparmaq olar? Bıçağı dirəyib böyrünə, yarıya qədər də soxub bədəninə, onunla hansı danışıqdan söhbət gedə bilər?

Qərb Ukraynaya müasir silahı daha çox verməlidir. Görünən odur ki, belə fikirləri yoxdur. Onlar çalışırlar ki, Rusiya özünü daha çox təcrid eləsin, beynəlxalq qanunları pozsun. Təcrid olunandan sonra gözləyəcəklər ki, Rusiya nə vaxt çökəcək. Qərbin taktikası budur. Tarixən Rusiyanın zavala uğrayacağından əmindirlər. Rusiyanın zavala uğraması əsasında Ukraynada camaat qırılır, Ukrayna dövləti məhv olur, bu heç kimi maraqlandırmır. Çünki bu itkilər Qərbin itkiləri deyil. Azərbaycanda da eyni hadisələr baş verəndə bilirdilər ki, hazırda Ermənistan müxalifətində olan liderlər faşistdirlər. Qərb siyasətçiləri soyuqqanlı, rasional düşünən, hissiyatdan uzaq insanlardır”.

Səxavət Məmməd

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv