“Qərb öz maraqlarını güdür, Ermənistanın taleyi onu maraqlandırmır” – Erməni analitik

“Qərb öz maraqlarını güdür, Ermənistanın taleyi onu maraqlandırmır”.

Yenicag.az xəbər verir ki, bunu analitik Karen Bekaryan erməni telekanalının “İcmal” proqramında bildirib.

O deyib ki, Qərbə Ermənistan və Azərbaycanın tez bir zamanda sülh müqaviləsi bağlaması lazımdır. Bunun hansı Ermənistan əraziləri hesabına baş verəcəyi heç də maraqlı deyil.

Onun sözlərinə görə, Qərbin motivasiyası daha aydındır. Onun məqsədi Rusiya Federasiyasının regionda təsirini minimuma və mümkünsə, onu sıfıra endirməkdir.

“Bunun üçün nə lazımdır? Yəni münaqişə olmasın. Münaqişənin olmamasının hansı nəticələrə gətirib çıxaracağı Qərb üçün önəmli deyil, onun üçün bu qırmızı xətt deyil.

Növbəti mərhələdə Qərb qarşısına vəzifə qoyacaq: Ermənistanın Türkiyə ilə heç bir münaqişə vəziyyəti olmamalıdır.

O zaman indikindən daha sərt mənzərəmiz olacaq. Axı, Azərbaycandan fərqli olaraq, Türkiyə NATO-nun üzvü və onların regiondakı əsas tərəfdaşıdır”, – Bekaryan vurğulayıb.

O zaman Ermənistanın tək qalmayacağını qeyd edən aparıcıya Bekaryan belə cavab verib:

“Qərb bunda maraqlı deyil. Bu insanlar ancaq öz maraqlarını güdürlər”.

Xuraman Etibarlı

COP29