Qərb-Rusiya qarşıdurması qaçınılmaz olacaq – Bu, baş verərsə…

 

“Əgər tərəflər arasında döyüş daha da şiddətlənərsə, yaxın perspektiv üçün heç də yaxşı proseslər görünmür”.

Bunu Yenicag.az-a açıqlamasında daha da şiddətlənən Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrindən danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin son zamanlar şiddətlənməsi genişmiqyaslı toqquşmalardan əlavə, üçüncü tərəflərin də qoşulmasını özündə ehtiva edir.

“Kollektiv Qərb tərəfindən Ukraynaya yardımların artırılacağı ilə bağlı fikirlər səsləndirilir. Daha güclü hava hücumundan müdafiə sistemlərinin verilməsi münaqişənin daha da alovlanmasına xidmət edir. Əgər tərəflər arasında döyüş daha da şiddətlənərsə, yaxın perspektiv üçün heç də yaxşı proseslər görünmür. Hətta vəziyyət o qədər dərinləşə bilər ki, açıq fazada Qərb-Rusiya qarşıdurması qaçınılmaz olar”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29