!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb Ukraynaya neçə tank verəcək? – Dmitri Kuleba açıqladı

!Reklam – Yazi

“Ukraynaya tank verməyə hazır olan ölkələrin sayı hələlik 12 civarındadır”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Qərb koalisiyasının Ukraynaya verəcəyi tankların sayı haqqında danışan ölkənin xarici işlər naziri Dmitri Kuleba deyib.

Nazirin sözlərinə görə, Ukrayna üçün nəzərdə tutulan tanklar bir neçə mərhələdə göndəriləcək:

“Yalnız bunu qeyd edə bilərəm ki, ilkin mərhələdə Ukrayna Silahlı Qüvvələri üçün Qərb istehsalı olan 120 və ya 140 “Leopard 2”, “Challenger 2”, “M1 Abrams” tankları göndəriləcək. Bu sırada ölkəmizə “”Leclerc” tanklarının göndəriləcəyinə də ümid edirik.

İndiki vəziyyətdə Ukraynaya tank verməyə hazır olan ölkələrin sayı hələlik 12 civarındadır. Ancaq onların adını açıqlamaq istəmirəm. Çünki həmin ölkələrin bəziləri tankların göndərilməsinə dair formal qərar qəbul etməlidirlər. Biz bu ölkələrin sayının artırılmasına çalışırıq”.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv