“Qərb və Avropada deyəsən, heç bir dəyər qalmayıb”

trend_novruz-mammadov_270515_1“Avropanın bir sıra dövlətləri belə hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur”.

Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

“Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar. Onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada deyəsən, heç bir dəyər qalmayıb”, – deyə o, qeyd edib.