Qərbdən Çinə geosiyasi HƏDİYYƏ: Müharibənin ABŞ üçün ən böyük itkisi açıqlandı

“Qərb strateji səhvlərə yol verməyə davam edir. Qərbin ilk səhvi 1994-cü ildə Ukraynanı nüvə silahlarından Rusiya xeyrinə imtinaya məcbur etməsi idi. Bu problemlərin ilkin əsasını qoydu və Ukraynanı Rusiyanın açıq hədəfinə çevirdi”.

Yenicag.az xəbər verir ki, bu barədə realizmin nümayəndəsi, professor Con Merşeymer deyib.

“İndi isə Qərb öz əli ilə Rusiyanı Çinə tərəf itələyir və Çinə tarixi hədiyyə edir. Qərbin daha bir səhvi vaxtilə Çin Kommunist Partiyasını tanıması və onu BMT Təhlükəsizlik Şurasında daimi üzvü etməsi idi. Rusiya kimi önəmli resurslara, coğrafi mövqeyə malik bir ölkəni, bufer zonanı Qərb öz əlləri ilə Çinə tərəf itələyir və Çinə geosiyasi hədiyyə edir. Bundan dərhal imtina etmək lazımdır, çünki bu strateji səhvdir. Qərb liderləri artıq davamlı deyil, əksinə, günlük düşünməyə başlayıblar”, – o, vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı yeni anlaşma imzalamalıdır.

“Biz Rusiyanın Avropanın təhlükəsizlik arxitekturasından kənara ata bilmərik. Rusiya ilə yekun anlaşma olmadan Avropada təhlükəsizliyi təmin etmək mümkün deyil. Uzunvədəli bir dönəmdə Rusiyanın da narahatlıqları nəzərə alınacaq qlobal konfrans keçirilməlidir. Ümumi anlamda Ukrayna Rusiya və Qərb arasında təhlükəsizlik zonası elan edilə bilər”, – deyə o bildirib.

C. Merşeymerin fikrincə, bu müharibənin Amerika üçün ən böyük itkisi Rusiyadır:

“Xüsusilə Rusiyanın iqtisadi strukturunda gedən dəyişiklik və Çinlə yeni münasibətlər səviyyəsinin inkişafı bunu göstərir. Hesab edirəm ki, ABŞ Rusiyanı mütləq Çinlə rəqabətdə neytral saxlamalıdır. Çünki biz Ukraynaya böyük resurs xərcləyirik və Rusiya çox önəmli təhlükəsizlik zonasıdır. Rusiyanın Çin və ABŞ rəqabətində kimi seçəcəyi bu rəqabətin gələcək taleyinə böyük ölçüdə təsir edəcək”.

Rafi Müslümov

COP29