!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirildi

!Reklam – Yazi

Yanvarın 7-də Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının bir qrup fəalı ilə görüş keçirilmişdir.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən Yenicag.az-a bildirib ki, görüşü giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq, İcmanın fəaliyyətində qadınların həmişə böyük rolu olduğunu və bundan sonra da olacağına əminliyini bildirdi.

Əziz Ələkbərli: “Hələ XIX yüzildə İrəvan xanımları Avropanın tanınmış ali məktəblərində təhsil almışlar. Sovet hakimiyyətinin ilk illərində, sonrakı dövrlərdə də Qərbi Azərbaycan xanımları xüsusilə dövlət, elm və təhsil sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışlar, bu gün də çalışırlar. Qərbi Azərbaycan İcmasında da xanımlarımız müxtəlif strukturlarda təmsil olunurlar”, – deyərək bildirmişdir.

Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavinləri – Əməkdar jurnalist Telli Pənahqızı və filologiya elmləri doktoru Almaz Ülvi, Şura üzvləri iştirak və çıxış etmişlər.

Sonda tədbir iştirakçıları İcmanın yeni inzibati binasında əməkdaşlar və Şuralar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.

 

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv