!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan Respublikasının PERSPEKTİVİ: “Bu prosesə usta siyasətçilər cəlb olunmalıdır” – Politoloq

!Reklam – Yazi

“Tarixi fakta nəzər salsaq, rusların bu əraziləri işğal etməsindən sonra erməniləri kütləvi şəkildə o torpaqlara köçürdüyünü görərik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, indiki Ermənistan ərazisi bütövlükdə tarixi Azərbaycan torpaqlarıdır:

“1828-ci il Türkmənçay sülh müqaviləsinə qədər orada erməniləri barmaqla saymaq olardı. İravan xanlığı isə indiki Ermənistan ərazisinin böyük hissəsinə nəzarət edirdi. Bu ərazinin digər hissəsi isə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının tərkibinə daxil idi.

Tarixi fakta nəzər salsaq, rusların bu əraziləri işğal etməsindən sonra erməniləri kütləvi şəkildə o torpaqlara köçürdüyünü görərik. İrandan ermənilərin Dağlıq Qarabağa köçürülməsi prosesinə Rusiyanın İrandakı səfiri, yazıçı Qriboyedov başçılıq edirdi.

Osmanlı torpaqlarından indiki Ermənistan ərazisinə ermənilərin köçürülməsi isə Osmanlı imperiyası ilə Rusiya imperiyası arasında imzalanmış Ədirnə və Buxarest sülh müqavilələri əsasında həyata keçirilib.

Bütün tarixi faktlara diqqət yetirdikdə görürsən ki, Azərbaycan ərazisinə köçürülən, köçdüklərini Ağdərə ərazisində qoyduqları abidə ilə təsdiqləyən ermənilər öz müqəddaratını təyin etmək hüququndan möhkəm yapışaraq, onun təmin olunmasını beynəlxalq təşkilatlardan tələb edirlərsə, bu ideya ətrafında Azərbaycan torpaqlarının digər hissələrini də ələ keçirmək istəyirlərsə, nəyə görə indiki Ermənistandan dəfələrlə deportasiya edilən Qərbi Azərbaycanlılar öz müqədəratlarını müəyyən etməməlidirlər? Bu, onların tarixi haqqıdır”.

Qabil Hüseynli qeyd edib ki, Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması ideyası 1988-89-cu illərdən mövcud idi:

“Bu ideyaları müxtəlif vaxtlarda, müxtəlif formalarda yönləndirməyə çalışdılar və müxtəlif təşkilatlar yaradıldı. Zənnimcə, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının irəli sürdüyü bu ideya çox müsbətdir. Bu ideya hələ bir qədər də təkmilləşdirilməlidir.

Azərbaycanda Qərbi Azərbaycandan qovulmuş, burada məskunlaşan qaçqınların işi ilə bağlı olan cəmiyyət var. Bu proses elə aparılmalıdır ki, elan edilmiş Qərbi Azərbaycan (İrəvan) Respublikası geniş əhatəli olsun. Bu proses Qərbi Azərbaycandan qovulan insanların hamısını öz ətrafında birləşdirməlidir.

Bu prosesin həyata keçirilməsi ilə dünya ictimaiyyətinə çadırılmalıdır ki, ermənilər bu ərazilərin tarixi sakinləri deyillər. Onlar bu torpaqlara böyük dövlərlərin maraqları əsasında köçürülüblər. Elan edilən Qərbi Azərbaycan (İrəvan) Respublikası yerində saymamalı, bu ideyanın gerçəkləşdirilməsi üçün usta siyasətçilər prosesə cəlb edilməli, beynəlxalq miqyasda vacib işlər görülməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

2100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv