Qərbi Azərbaycana qayıdış TƏLƏBİ – “Yaxın zamanda…”

“1987-1991-ci illər ərzində məhz Ermənistanın şovinist və faşist siyasəti nəticəsində mən və ailəm də daxil olmaqla 300 mindən çox azərbaycanlı yerindən və yurdundan didərgin salınıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin keçirilən plenar iclasında deputat Ramil Həsən deyib.

Qərbi azərbaycanlıların öz dada-baba torpaqlarına ləyaqətlə qayıdışından bəhs edən deputat əlavə edib ki, bu məsələ ölkəmiz üçün əsas prioritetdir:

“Vaxtilə torpaqlarımızda milli çoxluq olduğumuz təqdirdə, məhz Ermənistan və onun havadarlarının siyasəti nəticəsində milli azlığa çevrilmiş olduğumuz tarixi məmləkətimizdə 1987-1991-ci illərdə qovulmuş azərbaycanlılar olaraq, bu gün Qərbi Azərbaycan İcması çərçivəsində həyata keçirmiş olduğumuz və cənab Prezident İlham Əliyevin bilavasitə öndərliyi və liderliyi ilə göstərmiş olduğu dəstəklə əlaqədar atılan bütün bu xoşməramlı addımlar və Qərbi azərbaycanlıların dədə-baba torpaqların qayıtması ilə bağlı həyata keçirilən tarixi missiyada Azərbaycan Respublikasının Milli Məclisi və hörmətli xanım sədrin rəhbərliyi altında qəbul olunan “Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu” ilə bağlı ifadə edilən fikirləri də ortaya qoyaraq, qeyd etmək istəyərdim ki, hazırda çox tarixi və vacib bir məqam üzərində durmaqdayıq”.

Onun sözlərinə görə, məhz Prezident İlham Əliyevin təşəbbüsü və parlamentin spikeri Sahibə Qafarovanın Sərəncamı ilə həyata keçirilən bu təşəbbüs qrupu VII çağırışda da uğurla həyata keçməkdə davam edir:

“Bunun bir tərkib hissəsi kimi Qərbi azərbaycanlılarının haqq və hüquqlarının qorunması davam edir. O cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində ermənilər müxtəlif donlara girərək, “Freedom House” “Amnesty International” kimi beynəlxalq təşkilatlar adı altında bilavasitə Ermənistanın mənfur siyasətini dəstəkləyən addımlar ataraq, “Qarabağ kartı”ndan Azərbaycana qarşı təzyiq və təsir metodu kimi istifadə etdikləri və ölkəmizə qarşı total hücumun şahidi olduğumuz bu dövrdə məhz “Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu” çox vacib addımlar atacaq. Həmçinin Azərbaycan parlamentinin bir çox sahədə qazanmış uğurların tərkib hissəsi kimi “Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu” bu uğurların nəticəsini yazacaq.

Əminəm ki, biz hər birimiz yaxın zaman dədə-baba torpaqlarından didərgin düşmüş bütün Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının məhz cənab Prezidentin öndərliyi və liderliyi altında görməyə şahidlik edəcəyik”.

Rafi Müslümov

COP29