Qərbi Azərbaycana qayıdışda MÜHÜM ADDIM: “Bu istiqamətdə irəliləmələr üçün…”

“Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən konfrans dünyada geniş rezonans doğuracaq”.

Bunu Yenicag.az-a videomüsahibəsində Qərbi Azərbaycanın Barama rayon icmasının sədri Osman Hacıyev deyib.

“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda iştirak edən icma sədrinin sözlərinə görə, Qərbi Azərbaycana qayıdış konsepsiyasının iki əsas xətti var.

“Bunlardan birincisi strateji, digəri isə humanist aspektdir. Strateji aspekt özündə hüquqi əsasların yaradılmasını və diplomatik fəaliyyətin gücləndirilməsini ehtiva edir. Bu istiqamətdə irəliləmələr üçün belə konfransların əhəmiyyəti böyükdür”, – deyə o bildirib.

Tam olaraq videomüsahibəni buradan izləyə bilərsiniz:

Məsimə Məmmədova

Samir Məcidov