Qərbi Azərbaycanda 5 bal gücündə zəlzələ baş verdi

İranda 5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, İranın Qərbi Azərbaycan əyalətində yerli saatla 20:11-də 5 bal gücündı zəlzələ baş verib.

Zəlzələ yerin 10 km dərinliğində meydana gəlib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən isə zəlzələnin 4,7 bal gücündə olduğu məlumatı paylaşılıb.