!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Azərbaycan əleyhinə TƏRTİBLƏRİ: “Fransanın öncüllük etdiyi məlum kəsim...” - ŞƏRH

!Reklam – Yazi

“Sadəcə olaraq, ermənilər Blinkenin Azərbaycana təzyiq göstərməsi görüntüsünü yaratmaq istəyirlər”.

Bu fikirləri ABŞ və Avropanın bəzi ölkələrinin, o cümlədən bir sıra beynəlxalq təşkilatların Azərbaycan əleyhinə fəallığı artırmalarına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropadakı ermənipərəst dairələrin təmsilçiləri bütün platformalarda Azərbaycan əleyhinə kampaniya aparmaqdadırlar:

“Bu basqıların bir səbəbi əsasən Rusiya ilə bağlıdır. Yəni bir tərəfdən Qərb ölkələri Rusiya ilə münasibətlərini kəsməyən dövlətlərə bu yolla təzyiq etməyə çalışırlar, digər tərəfdən isə erməni lobbisi həmin basqılardan yararlanmağa cəhd göstərir.

Əlbəttə, Avropada Azərbaycanı sevən, ölkəmizə rəğbətlə yanaşan dövlətlər və siyasi liderlərlə yanaşı, qitənin məlum bir qismi, özəlliklə də Fransanın öncüllük etdiyi kəsim fərqli mövqedədir. Onlar da çıxa bildikləri bütün platformalarda Azərbaycan əleyhinə kampaniya aparmaqdadırlar.

Ona görə də Avropa Parlamentində əleyhimizə qətnamə qəbul edilir, Avropa Şurasında antiAzərbaycan müzakirələrin keçirilməsinə təşəbbüs göstərilir və bu səpkidə başqa addımlar atılır. Bu, təəccüb doğurmamalıdır.

ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə telefon açmasına gəldikdə isə deməliyik ki, Blinken ölkəmizlə bağlı məlum prosesdə özünün loyallığını nümayiş etdirməkdədir. Sadəcə olaraq, ermənilər Blinkenin Azərbaycana təzyiq göstərməsi görüntüsünü yaratmaq istəyirlər. Reallıqda belə bir durumun olduğunu söyləmək əsassızdır.

Hətta xatırlayırsınızsa, Blinken Paşinyanla telefon danışığında Azərbaycan və Ermənistanın münaqişəni üçüncü tərəfin iştirakı olmadan öz aralarında həll etmələrinin vacibliyini bildirmişdi. Ona görə də hazırda ABŞ-nin Azərbaycana təzyiq etməsi haqda iddiaların heç bir əsası yoxdur”.

A.Zeynalov

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv