Rusiya ilə ticarət Çinə əlavə üstünlüklər verir.
Yenicag.az xəbər verir ki, bu barədə Çinin nüfuzlu “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyadan bütün növ xammal, əmtəə idxalı endirimlərlə həyata keçirilir ki, bu da Çinə istehsal olunan məhsulların maya dəyərini aşağı salmağa, inflyasiyanı cilovlamağa, iqtisadiyyatı rentabellli etməyə və sənayeni ucuzlaşdırmağa imkan verir.
Agentlik yazır ki, iqtisadi problemlər fonunda bu, Qərbin Çinə ən böyük hədiyyəsidir. Çin Rusiya ilə ticarətdən böyük üstünlüklər əldə edir.
Rafi Müslümov