Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qərbin dəyişməyən İKİLİ STANDARTLARI: “Müstəqil siyasət yürüdən ölkələri sıxırlar” – Araz Əlizadə

Reklam: Sinerji Pro

“Azərbaycan müstəqil xarici siyasət yürüdür, heç kəsə qoltuqaltı olmaq istəmir, heç kəsə də baş əymir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksi açılış mərasimindəki çıxışında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli münasibəti haqqında fikirlərinə münasibət bildirən Sosial-Demokrat partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Prezident İlham Əliyev yuxarıda qeyd olunan çıxışında adıçəkilən qurumda azərbaycanafobiyanın hökm sürdüyünü diqqətə çatdırıb:

“Ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.

Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meylləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.

Prezidentin bu fikirlərini dəyərləndirən ASDP sədri Araz Əlizadə bildirib ki, AŞPA və başqa Qərb təsisatları müstəqil siyasət yürüdən dövlətlərı sıxmağa çalışırlar:

“Azərbaycan müstəqil xarici siyasət yürüdür, heç kəsə qoltuqaltı olmaq istəmir, heç kəsə də baş əymir.

Bu isə Avropanın xoşuna gəlmir. Bunun sadə bir cavabı var: Müstəqil siyasət yürüdən kiçik dövlətlərdən Avropa təşkilatlarının xoşu gəlmir. Onların Azərbaycana qarşı münasibətinin kökündə bu məsələ dayanır”.

Aqil Bəkir

www.yenicag.az

325