!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin hazırladığı sülh PLANI: “Ukrayna rəhbərliyi ciddi risklərlə üz-üzədir”

!Reklam – Yazi

“Bu amil Qərbi, Ukraynadan xəbərsiz Rusiya ilə danışıqlara getmək istiqamətdə addımlar atmağa vadar edir”.

Bunu Yenicag.az-a açıqlamasında Qərbin Ukrayna üçün hazırladığı sülh planı ilə bağlı mediada yayılan xəbərləri şərh edən politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, nə zaman yekunlaşacağı bəlli olmayan Rusiya-Ukrayna müharibəsinin hər iki tərəf və ümumilikdə Avropa üçün yaratdığı ciddi risklər göz qabağındadır.

“Qarşıdan gələn qış ayları üçün Rusiyadan Avropaya qaz nəqlinin dayandırılacağı ilə bağlı şantajlar var. Soyuq vaxtlarda qazın kəsilməsi Avropa üçün ciddi təhlükə deməkdir”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, bu il bir neçə Avropa ölkəsində seçkilər keçiriləcək.

“Sözügedən məsələ birbaşa olaraq seçkilərə təsir edəcək amildir. Nəticədə isə hazırda beynəlxalq gündəmdə xüsusi aktivliyin olduğu müşahidə edilir.

Kollektiv Qərb Ukrayna məsələsində yol xəritəsi hazırlamaq istəyir. Belə olan halda Ukrayna rəhbərliyi müəyyən risklərlə üz-üzədir. Kiyev ərazilərin geri qaytarılması müqabilində sülhün əldə olunmasını istəyir. Bu amil Qərbi, Ukraynadan xəbərsiz Rusiya ilə danışıqlara getmək istiqamətdə addımlar atmağa vadar edir. Ancaq həmin yol xəritəsi Qərbi gözdən salacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv