Reklam: High Technic
hightechnic

“Qərbin hökmranlığı sona yaxınlaşır”

107213_res_01“Qərbin siyasi və iqtisadi sferalarda hökmranlığı sona yaxınlaşır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib. “Biz artıq Qərbin öz hökmranlığını qorumaq üçün süni yollara əl atdığını görürük. Habelə, BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına məhəl qoymadan digər ölkələrə təzyiqlər göstərdiyini, sanksiyalar tətbiq etdiyini və hətta silahlı qüvvələrdən istifadə etdiyini görə bilərik. Bu, beynəlxalq münasibətlərə xaos gətirir”, – deyə S. Lavrov əlavə edib.

Nazirin sözlərinə görə, terrorizm və qeyri-qanuni miqrantlarla bağlı problemlər Qərbin suveren dövlətlərin daxili işlərinə müdaxiləsinin nəticəsidir. O, məhz buna görə Yaxın Şərq və Şimali Afrikanın terror və ekstremizm ocağına çevrildiyini vurğulayıb.

www.yenicag.az

76