Qərbin ikili OYUNU: “Bu maraqların təmin olunması üçün müharibə uzanacaq”

“Qərb ikili oynayır. Müharibəni bir ayda bitirə biləcək yardım paketi ayırmır”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçidi ilə bağlı yayılan iddiaların doğruluq payını və yaxın perspektivdə baş verə biləcək mümkün hadisələri şərh edən politoloq Samir Hümbətov deyib.

 

Onun sözlərinə görə, Ukrayna tərəfindən müharibənin taleyinin öz lehinə dəyişdiriləcəyi ilə bağlı mesajlar verilir.

“Lakin arzu və reallıq arasında uçurum qədər fərq var. Reallıq Rusiya qarşısında Ukraynanın ciddi silahlanmasını tələb edir. Bu isə 5-6 ədəd F-16, yaxud 500-600 milyon dollar vəsait ayrılması ilə mümkün deyil. Həm orduya təlim keçilməsi, həm müdafiənin gücləndirilməsi üçün miqyası daha böyük olan yardım paketinə ehtiyac var. Düzdür, Rusiyanın da imkanları geniş deyil, İrandan, Şimali Koreyadan hərbi avadanlıqlar və texnikalar alır. Ancaq Ukrayna ilə müqayisədə Rusiya güclüdür.

Əlavə olaraq, Qərb ikili oynayır. Müharibəni bir ayda bitirə biləcək yardım paketi ayırmır. Hələ ki, Qərbin maraqlarının tam təmin olunması üçün Rusiya-Ukrayna arasında münaqişə uzanacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29