!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin ikiüzlü yanaşmasına CAVAB: “Kiminsə xoşuna görə istiqamət dəyişmirik”

!Reklam – Yazi

“Kiminsə xoşuna görə istiqamət dəyişmirik”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

Qərbin Azərbaycana qarşı obyektiv mövqe sərgilməməsindən danışan analitikin fikrincə, Qərb maraqları daxilində fərqli regionlara qarşı insan haqları mövzusunda ikili münasibət sərgiləyir:

“Bununla bağlı işğaldan azad olunan ərazilərə səfər edən Prezident İlham Əliyev də çıxış edib. Bildirib ki, ABŞ, əgər insan haqlarına canıyananlıq edirsə, öz dədə-baba yurdundan köçkün düşən yüz minlərlə insana nə üçün bunu etmir? Qəzzada İsrailin etdiklərinə nə üçün susur? Açıq-aşkar görünür ki, Qərb özünə sərf edən istiqamətdə insan haqlarından danışır”.

“Azərbaycana qarşı belə münasibətin sərgilənməsində erməni lobbisinin əməyi çoxdur. ABŞ-də, Fransada və digər bu kimi ölkələrdə, loru dildə desək, onların əlləri hər yerə çatır. Biz öz müstəqil siyasətimizi davam etdiririk. Kiminsə xoşuna görə istiqamət dəyişmirik. İndidən sonra da bütün dövlətlərlə əməkdaşlığımızı daim daha da inkişafa aparmalıyıq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv