“Qərbin müstəmləkəçilik iştahı sönməyib, o, başqa ölkələri soymaqda və onların resurslarını əlindən almaqda davam edir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yerli KİV-ə müsahibəsində deyib.
“Qərbdə ölkələrə qarşı bu cür müstəmləkəçi münasibətin ideologiyası aradan qalxmayıb. Bu ideologiya canlıdır və onu Qərb elitaları yetişdirəcək”, – Zaxarova vurğulayıb./unikal