Qərbin sanksiyalarına məruz qalan Belarus prezidentinin gələn ay İrana səfəri planlaşdırılır.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun dövlət informasiya agentliyi yayıb.
Qeyd olunur ki, səfərlə bağlı məlumat Belarus Prezidenti Aleksandr Lukaşenkonun İranın Minskdəki səfiri ilə görüşündən sonra açıqlanıb.
Lukaşenkonun sözlərinə görə, onun İrana səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından “dönüş” olacaq:
“Tamamilə əminəm ki, bu, çox sanballı səfər olacaq və İranda baş tutacaq danışıqlar ikitərəfli əməkdaşlığı yeni mərhələyə keçirəcək.
Əsas olan budur ki, biz bu tarixi məqamı və münasibətlərin səviyyəsini yüksəltmək imkanını boşa verməyək” .