Qərbin nizamlama prosesini SABOTAJ CƏHDİ: “Silahlaşdırılan və müharibəyə hazırlaşdırılan məhz…”

“Günün birində Ermənistan yenidən təxribata cəhd edərsə, bunu təəccüblə qarşılamamalıyıq”.

Bu fikirləri Qərbin Ermənistanı silahlandırmasını yeni müharibəyə zəmin yarada biləcəyi ilə bağlı ehtimalı qiymətləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilsə də, pərdə arxasında münasibətlər gərginləşir:

“Daha doğrusu, gərginləşdirilir. Ermənistanın Qərb dövlətləri tərəfindən sürətlə silahlandırıldığını müşahidə edirik. Onlar bununla birmənalı olaraq, Cənubi Qafqazda münaqişə ocağı yaratmağa çalışırlar.

Adını “Azərbaycan münasibətləri gərginləşdirir” qoymağa cəhd etsələr də, hər şey açıq-aydın ortadadır. Silahlaşdırılan da, müharibəyə hazırlaşdırılan da məhz Ermənistandır.

Avropa İttifaqı və kollektiv Qərb Azərbaycanla Ermənistan arasında olan münaqişənin həllini istədiklərini göstərsə də, reallıq tam fərqlidir. Atdıqları addımlar, qəbul etdikləri qərarlar Azərbaycanın maraqlarına ziddir. Həmçinin onlar münaqişəni alovlandırmaqla, beynəlxalq hüquqa da zərbə vururlar.

Azərbaycanın sülh təklifi Ermənistanın silahlandırılması ilə sabotaj edilir. Günün birində Ermənistan yenidən təxribata cəhd edərsə, bunu təəccüblə qarşılamamalıyıq. Hər zaman ayıq-sayıq olmalı, təhlükənin qarşısının alınması üçün səfərbər olmalıyıq”.

Nəsimi Ələsgərli

COP29