!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Rusiyanı defolt elan etməsi: Rublun məzənnəsi 7 illik maksimuma yüksəldi

!Reklam – Yazi

Çərşənbə axşamı kapitala nəzarət və ay sonu vergiləri Rusiyanın bir əsrdən artıq müddətdə ilk dəfə beynəlxalq istiqrazları üzrə defolt etdiyi barədə Qərb bəyanatlarının mənfi təsirini kompensasiya etdiyi üçün rubl son yeddi ildən çox maksimuma çatıb.

Ağ Ev və “Moody’s” kredit agentliyi bildirib ki, sanksiyalar ölkəni qlobal maliyyə sistemindən təsirli şəkildə kəsdiyi üçün Rusiya defolt edib.

Lakin neft və qaz gəlirlərindən ödəniş etmək üçün pulu olan Kreml bu iddiaları rədd edib və Qərbi onu süni defolta sürükləməkdə ittiham edir.

Rus rublu Moskva birjasında 2015-ci ilin iyun ayının əvvəlindən bəri ən güclü səviyyəsinə çatdıqdan sonra 0.9% möhkəmlənərək  1 dollar üçün 52.5750 rubl səviyyəsinə çatıb.

Rubl avroya nisbətdə 0.8% bahalaşaraq 55.88-ə bərabər olub. Bu da Rusiyanın fevralın 24-də Ukraynaya on minlərlə əsgər göndərməsindən əvvəl olduğundan qat-qat möhkəmlənib.

Rubl 2022-ci ilin əvvəlində, sərbəst buraxıldığı vaxtlarda 1 dollar 80 rubla, 1 avro isə 90 rublla ticarət olunurdu. Hansı ki, həmin zamanda birjalarda sərbəst hərəklilik vardı.

İndi rublun güclənməsi Rusiyanın xaricə xarici valyutaya əmtəə satışından əldə etdiyi gəlirlər və qeyd edilə məhdudiyyətlərdən təsirlənir, lakin dövlətin xərcləri yüksəlir. Buna görə də onun məzzənnəsinin yüksəlməsinə görə ölkə məhdudiyyətlərə əl ata bilər, necə ki, milli pulun dəyərinin kəskin dəyər itirməməsi üçün fevrlada addımlar atmışdı.

Bazar oyunçuları xüsusilə Rusiya rəsmilərinin rublun həddindən artıq gücləndiyini göstərən son şərhləri fonunda mövcud səviyyələri sabit valyutanın alınması üçün cəlbedici görürlər.

Kapital məhdudiyyətləri rublu bu il ən yaxşı nəticə göstərən valyutaya çevirdi və ona Rusiyanın borc problemlərindən qurtulmağa kömək edib.

İndi bir çox analitiklət deyirlər ki, defolt Rusiya qiymətli kağızlarına heç bir ciddi təsir göstərməyəcək, çünki avrobondlar uzun müddət defoltda qiymətləndirilib, xarici borc bazarı isə istənilən halda Rusiya üçün bağlanıb.

Bundan əlavə, Reuters qeyd edib ki, ixracatçı şirkətləri ay sonu vergi ödənişləri səbəbindən dollar və avro gəlirlərini rubla çevirməyə başlayıblar və bu da rublun məzənnəsinə əlavə müsbət təsir edən alət ola bilər./Banker/

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv