!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Ukraynaya XƏYANƏTİ: "Bunların etdikləri bütün bəşəriyyətə qarşı cinayətdir" - Politoloq

!Reklam – Yazi

“Acı reallıq ondan ibarətdir ki, Ukraynaya söz verilən silahlar çatdırılmır. Rusiya isə uzaqməzilli raketlərlə, yaylım atəş sistemləri ilə zərbələrinə davam edir. Avropa ölkələri bilməlidir ki, sabah Putin onların da qapısına dayana bilər”.

Bunu Qərb ölkələri arasında Ukraynanı güzəştə getməyə səsləmə hallarının artmasını, rəsmi Kiyevə söz verilən silah-sursatın çatdırılmamasını şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Kissincerlə, Berluskoni siyasi dəllallardır:

“Rusiya siyasi cəhətdən savadsız adamları öyrədərək Ukraynanın təslimçiliyə körükləyən əhval-ruhiyyəni formalaşdırmağa çalışır. Bu işlərin başında soyuq müharibə dövründə SSRİ-nin ABŞ-dəki agenta şəbəkəsinə rəhbərlik etmiş Henri Kissincer durur. Kissincerin hadisələrin istiqamətini bildiyini halda, Ukraynanı güzəştə getməyə çağırması, Qərbin müəyyən dairlərini də müharibənin dayandırılması üçün fəaliyyətə səsləməsi soyqırımı tətbiq edilmiş bir xalqa qarşı xəyanətdir. Kissincerin həyatı bu cür labirintlər üzərində qurulmuşdu. Almaq, vermək, siyasi lobbiçilik etmək onun əsas işi olub. İtaliyanın keçmiş baş naziri Berluskoni isə siyasi prinsipsizliyi ilə seçilən adamlardan biridir. Putinlə də yaxınlığı ilə tanınır. Berluskoni siyasətlə məşğul olmur, siyasi dəllalıqla məşğul olur. Böyük biznes qurumlarına rəhbərlik edir və Rusiya ilə sıx biznes əlaqələri var.

Kimlərsə Kiyevi yarı yolda buraxmağa çalışırlar. İctimai rəyi bu istiqamətə kökləməyə cəhd edirlər. Ukraynaya ayrılan pullar tezliklə silaha çevrilib Ukraynaya verilsə, Ukrayna özünü qoruyacaq. Ukraynanı güzəştə getməyə səsləmək dünyanın siyasi və iqtisadi inkişafına xəyanətdir.

Bunların etdikləri bütün bəşəriyyətə qarşı cinayətdir. Hesab edirəm ki, Ukrayna bu tip çağırışlara fikir verməməlidir. Onlar döyüşləri davam etdirib rusları öz torpaqlarından qovmalıdırlar”.

Səxavət Məmməd

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv