“Vardanyan yaddaşlarda Qərbdə çirkli pulların yuyulmasında iştirak edən şəxs olaraq qalır”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda saxlanılan erməni əsilli milyarder Ruben Vardanyan üzərindən Qərbin formalaşdırdığı siyasət barədə fikirlərini səsləndirən politoloq Emil Əliyev deyib.
Onun sözlərinə görə, Qərbin Ruben Vardanyan üzərindən formalaşdırmağa çalışdığı ənənəvi siyasəti var.
“O, yaddaşlarda hətta Qərb ölkələrində çirkli pulların yuyulmasını həyata keçirən şəxs olaraq qalır. Çünki ABŞ-a qarşı da çirkli pulların yuyulmasını həyata keçirib. Bu baxımdan ABŞ-a qarşı yanaşmada müəyyən fərqliliklər var.
Ümumilikdə yanaşsaq, böyük dövlətlərin kiçik ölkələr üzərində hökmranlıq və güc imkanlarını qoruyub saxlamaq üçün müxtəlif üsulları olduğu hər kəsə məlumdur. Bu da həmin ölkədə müxalifət içərisində dəstək verdiyi qüvvələri formalaşdırır. Ruben Vardanyanın dəstəklənməsində də iki əsas səbəb var:
Terrorçu fəaliyyətləri ilə əlaqədar Azərbaycan dövləti tərəfindən saxlanılmasilə ölkəyə təzyiq etmək və Ermənistanın baş naziri Nikol Paşinyan hökümətinə qarşı Vardanyan amilindən istifadə etmək. Çünki Paşinyan hansısa formada Qərbin təbəliyindən çıxıb üzünü Rusiyaya tərəf çevirərsə ona qarşı Vardanyan üzərindən daha rahat təzyiq etmək mümkün olacaq”,- deyə politoloq bildirib.
Nəsimi Ələsgərli