Qərblə Rusiya arasında SOYUQ MÜHARİBƏ – Sanksiyaların Avropaya zərəri, Moskvaya xeyri… – ŞƏRH

“Putin hakimiyyətə gələndən Qərblə Rusiya arasında soyuq müharibə gedir”.

Bunu ABŞ və qərbin uzun illərdir Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və hədələməsinə baxmayaraq yenə də rəsmi Moskvanın möveyindən çəkilməməsinə münasibət bildirən Sosial Demokrat Partiyasənən sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Araz Əlizadə bildirib ki, ABŞ hər istəyinə Rusiyanın ləbbeyk deməsinə öyrəşmişdi:

“Rusiyanın təbii sərvətləri o qədərdir ki, ona qarşı sanksiya qəbul etmək axmaqlıqdır. Təsəvvür edin ki, Kırıma görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan Avropa ölkələri 920 milyard zərər görüb, Rusiya isə əksinə. Sanksiyalar təzə tətbiq olunan zaman demişdim ki, buna görə Rusiya gərək sevinsin. Çünki ağıllı dövlət başçısı dövlətinə qarşı sanksiyalar tətbiq olunanda öz iqtisadiyyatını gücləndirir. İran şahı devrildikdən sonra İrana qarşı çoxlu sanksiyalar tətbiq olundu. O İran ki, hətta kartofu da İsraildən alırdı, başladı öz kənd təsərrüfatını inkişaf etdirməyə. Daha sonra özünü təmin etdi. İrana hərbi sursat və ehtiyat hissələrinin satılmasına qadağa qoyuldu, heç bir dövlət satmadı. İran özündə istehsal etməyə başladı. Rusiya dünya bazarında buğda alıcısı idi. İndi Rusiya dünya bazarında buğda satır.

Rusiya Ukraynanın NATO-ya üzv olmamasını tələb qoyub. Almaniya birləşəndə NATO söz vermişdi, Şimal Alyansı şərqə doğru irəliləməyəcək. Ancaq sözlərinin üstündən qaçdılar və dedilər ki, müqavilə imzalamamışdıq. Rusiya tələb edir ki, Ukrayna NATO-ya qəbul olunmasın. Cenevrədə danışıqlar gedir. Danışıqların nəticəsinə görə ABŞ Rusiyanın tələbindən imtina edəcək. Rusiya isə hərbi-texniki tədbirlər görəcək”.

Səxavət Məmməd