Qərb-Rusiya “savaş”ının Qarabağ münaqişəsinə təsiri varmı?..

qarabag (1)

Elman Nəsirov: “Qərb ilə Rusiya arasında münasibətlər gərginləşdikcə, vəziyyət…”

Qulu Məhərrəmli: “Nə qədər ki, regionda Rusiyanın hərbi bazası və Ermənistanla hərbi müttəfiqliyi var…”

Rusiya Dövlət Humanitar Universitetinin  regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, siyasi ekspert Sergey Markedonov mətbuata açıqlamasında bildirib ki, Qərblə Rusiya arasında hökm sürən ziddəyyət və gərginlik Dağlıq Qarabağda konfliktin yenidən alovlanmasına şərait yaradır.

Yenicag.az saytına açıqlamasında siyasi elmlər doktoru, professor Elman Nəsirov Markedonovun sözügedən versiyası ilə ümumən razıdır: “Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı indiki vəziyyət öz mürəkkəbliyi baxımından əvvəlki mərhələlərdən daha çox fərqlənir. Məsələ oelman-1_1403933760bghfbcvndadır ki, əvvəlki mərhələlərdə Rusiya ilə Qərbin münasibətlərində bir istiləşmə tendensiyası vardı. Xüsusilə də, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Vaşinqtonla Moskva özlərini faktiki olaraq müttəfiq kimi aparırdı. Bu dövrdə qarşılıqlı anlaşma məsələlərinə daha çox yer verilirdi. Lakin Ukrayna böhranı ilə bağlı olaraq, Qərblə Rusiya münasibətləri sanki soyuq müharibə dövrünün vəziyyətinə qayıdıb. İş elə gətirib ki, bu gün özlərini  düşmən kimi aparan dövlətlər, ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr kimi çıxış edirlər.  Təsəvvür edin ki,  Ukrayna cəbhəsində düşmən olanlar, Dağlıq Qarabağ cəbhəsində özlərini mehriban dostlar kimi aparmalıdır. Bu psixoloji baxımdan da mümkün deyil. Hesab edirəm ki, Qərb ilə Rusiya arasında münasibətlər gərginləşdikcə və bu əmsal artdıqca, vəziyyət istər-istəməz Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivinə də öz təsirini göstərir. Bu halda proqnozlar heç də nikbin deyil. Markedonovun həmin fikrində müəyyən həqiqət elementləri də var. Lakin onu birmənalı olaraq qəbul etmək də düzgün deyil.  Çünki hadisələr elə sürətlə inkişaf edir ki, bu və ya başqa digər dəyişikliklər olar və belədə sözügedən proqnoz da əhəmiyyətini itirə bilər. OPEK-in toplantısında neftin qiyməti məsələsinə baxılacaq. Ondan asılı olaraq, Qərblə Rusiya münasibətləri daha da gərginləşər və Markedonovun dedikləri aktuallaşa bilər. Amma hadisələrin fərqli müstəvidə inkişafı da gözləniləndir”.

 YeKyVR1uD77dSiyasi şərhçi Qulu Məhərrəmli də saytımıza açıqlamasında qeyd etdi ki, Rusiya ilə Qərb arasında gərgin situasiya fonunda Dağlıq Qarabağda konfliktin yenidən alovlana biləcəyi barədə söylənilən fikirlərdə müəyyən həqiqət var: “Çünki, Qərb Rusiya qarşıdurmasında bütün tərəflər proseslərə təsir etmək üçün fürsət düşdükcə öz imkanlarından istifadə etməyə çalışır. Kimin əlində hansı təsir imkanları var, ondan da istifadə etmək istiqamətində bulunurlar. Qorxulu cəhət ondan ibarətdir ki, bölgədə hərbi bazası olan Rusiya proseslərin gedişinə bu və ya başqa formada təsir edə bilir. Diqqət yetirirsinizsə, atəşkəsin pozulması halları  hansısa siyasi forum ərəfəsində qarşı tərəfə təzyiq kimi istifadə alətinə çevrilən zamanlarda şiddətlənir. Nə qədər ki, regionda Rusiyanın hərbi bazası və Ermənistanla hərbi müttəfiqliyi var, Qarabağ cəbhəsində də prosesləri qorxulu istiqamətə yönəltmək imkanı qalır. İndiki halda, Azərbaycanın xarici siyasətində Rusiya ilə dialoqu çox səmərəlidir. Azərbaycan çox həssaslıqla bu məsələləri idarə edə bilir və Rusiyaya həm müstəqil dövlət olduğunu, həm də Moskvanın maraqlarına qarşı olmadığını göstərir”.

Rüfət/Yenicag.az