Qəribə HADİSƏ: Göydən narkotik “yağdı” – FOTOLAR

İsraildə qəribə hadisə baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin paytaxtı Tel-Əvivdə dron vasitəsi ilə göydən marixuana bağlamaları atılıb.

İlkin məlumata görə, narkotik maddənin leqallaşdırılmasını istəyən 30 yaşlarında olan 2 nəfər saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparıldığı qeyd edilib.