Qətərdə keçirilən futbol üzrə dünya çempionatında oyunları idarə edən hakimlərin gəlirləri bəlli olub.
Yenicag.az xəbər verir ki, mundiala baş hakim qismində dəvət olunan FIFA referiləri 70 000, onların köməkçiləri isə 25 000 dollar maaş alırlar.
Həmçinin, təyin olunduqları hər matça görə FIFA hakimlərə əlavə qonorar ödəyir. Qrup mərhələsindəki hər təyinat baş hakimlərə əlavə 3000 dollar qazandırır. Bu məbləğ 1/8 finaldan etibarən 10 000 dollara qalxacaq.
Dördüncü və yan xətt hakimlərinin qrup qarşılaşmalarındakı qonorarı 2500, pley-offdakı qazancları isə 5000 dollar təşkil edəcək.
VAR-a nəzarət edənlərə hər oyun üçün 3000 dollar ödənilir. Qrup mərhələsindən sonra bonus 5000 dollar olacaq.
Qeyd edək ki, DÇ-2022-yə ümumilikdə 36 hakim, 69 köməkçi və 24 VAR referisi yollanıb. Hər görüşün hakimlər briqadasına 10 nəfər daxil edilir.