!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətər ABŞ-a sərmayə yatırımını artırır

!Reklam – Yazi

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb.

“Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir. Biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik”, – deyə “Reuters” onun sözlərini sitat gətirib.

Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirib./Report/

www.yenicag.az

1541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv