Qətər ABŞ-dan hərbi təyyarə alır – 12 milyard dollarlıq saziş

Qətər F15 tipli hərbi təyyarə alınmasına dair ABŞ-la razılığa gəlib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 milyard dollar dəyərində sazişə Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri imza atıb. Bu barədə məlumatı Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə Qətərlə diplomatik münasibətləri kəsib.

Yenicag.az