Qətər böhranına Trampdan ilk açıqlama

Bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələrini kəsməsinə ABŞ prezidenti münasibət bildirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp “Twitter” səhifəsində:

“Yaxın Şərqə səfərim zamanı, dini radikalizmə dəstək verilməməlidir demişdim. O zaman dünya liderləri də Qətəri işarə etdi”, sözlərini yazıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, Misir, Liviya,Yəmən Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Yenicag.az

COP29