!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətər embarqosunda ərəb bumeranqı: Enerji savaşından İran necə qazanır?

!Reklam – Yazi

Qətər gündə 618 min barel istehsalatla OPEC-in əhəmiyyətsiz neft qaynaqlarından biri mövqeyindədir. Lakin gündə 1,3 milyon barel həcmində sıxılmış qaz satışı ilə dünya lideridir.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, neft bazarı geopolitik risklərə qarşı immunitet qazanıb. Ərəb qonşuları Qətərə embarqo tətbiq etməyə başlayanda, neft bazarında göstəricilər geriləmək əvəzinə 1,6% yüksəldi. Lakin burda əsas diqqət yetirilməli olan məqam neft deyil, qazdır. Əgər bu regional xaos tezliklə aradan qaldırılmazsa, bu yay Körfəz bölgəsi üçün heç də yaxşı keçməyəcək.

Qətər gündə 618 min barel hasilatla OPEC-in əhəmiyyətsiz neft istehsalçılarından biri mövqeyindədir, ancaq gündəlik 1,3 milyon barel sıxılmış qaz satışı ilə dünya lideridir. OPEC-ə dəstəyi azdır, ancaq əsl gücünü sıxılmış qazdan alır.

Hər nə qədər Səudiyyə Ərəbistanı su sərhədləri Qətərin üzünə bağlı olsa da, sıxılmış qaz daşıyan gəmilər İran su yolu vasitəsilə Hörmüz boğazını keçə bilər. Digər tərəfdən Qətər qaz nəqliyyatı üçün Oman torpaqlarından istifadə edə bilər, ancaq Omanla münasibətlərin pisləşəcəyi təqdirdə İrana yönələ bilər. Qətərin qaz satışını tamamilə dayandırması böyük bir böhrana səbəb olacaq və ən böyük müştərilərdən olan Yaponiya, Cənubi Koreya, Çin və Hindistandan buna ciddi reaksiya göstəriləcək.

Öndə gələn yapon şirkətlərindən Jera Co. “Qətərqaz”dan tədarükün kəsilməyəcəyinə dair zəmanət alıb. Hələ ki, Qətər Süveyş kanalı vasitəsilə Avropaya qaz nəqletmə hüququna malikdir. Ancaq Qətərdan yola çıxan və ya Qətərə gedən gəmilərə BƏƏ-nin Fujairah limanından yanacaq doldurulmasına icazə verilmir.

Dünyanın ən böyük qaz yatağı olan şimal sahəsini İranla bölüşməli olan Qətərin bu ölkə ilə yaxşı yola getməkdən başqa şansı yoxdur.

Ziddiyyətlər davam edərsə, Qətər acıq çıxmaq üçün Yunus boru xəttindən istifadə edərək BƏƏ-yə qaz ixracatını kəsəcək. Bu layihədə Qətər ümumilikdə 24,5%, Qərb 24,5% və Əbu-Dabinin maliyyə şirkəti Mubadala 51% hissəyə malikdir. Layihə gündə 50,6 milyon kubmetr qaz ixrac edir ki, bu da ölkənin ümumi ehtiyacının dörddə birini təşkil edir. Bunun da 5,6 milyon kubmetri BƏƏ vasitəsilə Omana çatdırılır, bu ixracat hələ ki embarqoya daxil deyil.

BƏƏ Yunus qaz boru xəttini əvəz etmək üçün nisbətən məhdud imkanlara malikdir. BƏƏ Dubay, Ruvais və Əbu- Dabidə idxalat terminallarına sahibdir. Keçən ilin avqust ayında istifadəyə verilən Ruvais müəssisəsi, görünür, ehtiyatla verilmiş bir proqnozun nəticəsidir. Ancaq iki terminal Qətərin qaz satışının yerini doldura bilməz, buna görə də tankerlər Omandan Əbu-Dabidə yerləşən sıxlaşdırma müəssisələrinə, ya da daha uzaq bir yerə göndərilməlidir. Sıxılmış qazın idxalat potensialı Yunus qaz boru xəttini tamamilə doldurmağa kifayət etmir. BƏƏ, böyük ehtimalla Əbu-Dabinin qaz satışını müvəqqəti olaraq artırma, sənaye obyektlərini ləvazimatla təmin etmə və elektrik stansiyalarında əlavə yanacaq olaraq külli miqdarda dizeldən istifadə etmə də daxil bir sıra həll metodlarını tətbiq etməyə məcbur qalacaq.

Böhranın həllini asanlaşdırmaq üçün edilən tədarük fasiləsi, Qətər üçün olduqca ciddi bir addım olacaq və onun çoxillik əməşdaşlıq etibarını zədələyəcək. Yaponiya Fukuşima bölgəsində baş verən nüvə hücumundan sonra təcili şəkildə enerji qaynağı tapmağa məcbur qalmışdı, bu zaman “Qətərqaz” əməkdaşlığa hazır olduğunu bəyan etmişdi. Ancaq 1970-ci illərdən etibarən Yaponiyada belə bir narahatlıq üzə çıxıb ki, Yaxın Şərqdəki neft və qaz ixracatçılarından ifrat dərəcədə asılılıq yaranacaq. Bu vəziyyət narahatlığı bir az daha gücləndirəcək. Eyni narahatlıq yanacaq mənbələrini qətiyyətlə diversifikasiya edən Çin üçün də qüvvədədir.

İranın Körfəzdəki neft və qaz nəqliyyatına nəzarəti ələ alması ilə bağlı qorxu və həyəcan on illərdir ki mövcuddur. Ancaq beynəlxalq neft və qaz bazarında bolluq var və hazırda bir təhlükə görünmür. Lakin böhran sona çatanda Qətər və qonşuları tədarükü təmin etməkdə ciddi mənada çətinlik çəkəcəklər.(OilGas.az)

Yenicag.az

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv