!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətər: "O qədər varlıyıq ki, bizi təhdit edə bilməzlər"

!Reklam – Yazi

Qətərin maliyyə naziri Əli Şərif əl-Emadi, Körfəzdə baş verən böhranla əlaqədar açıqlama verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir ölkəsinin beynəlxalq mülk fondlarına sahib olduğunu söyləyib. Onun sözlərinə görə, Qətərin Mərkəzi Bankının da, Maliyyə Nazirliyinin də strateji rezervləri var- “Bütün bunlar on illərdir həyata keçirilən qaz satışının bəhrəsidir.”

Nazir, öz ölkəsi ilə Qətərə embarqo tətbiq edən ölkələrin iqtisadiyyatlarını müqayisə edib:

“Bəhreyn və Misirin kredit göstəricisi aşağı səviyyədədir. Səudiyyə Ərəbistanı da maliyyə məsələlərində real problemlərlə üzləşir. Regionda ən sürətlə böyüyən ölkə bizik. Bizə nisbətən yaxın olan Körfəz Əməkdaşlıq Təşkilatının üzvü BƏƏ-dən də 40%-ə qədər daha sürətlə böyüyürük.”

 

Yenicag.Az

www.yenicag.az

919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv