Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qətər siyasi təzyiqlər sayəsində qalib gəldi" - Blatterdən şok iddia

Reklam: High Technic

FİFA-nın sabiq prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatı ilə bağlı şok iddialar irəli sürüb.

Yenicag.az xəbər verir ki, Blatter çempionata ev sahibliyi edəcək ölkənin seçimlərində Qətərin qanunazidd gizli razılaşma və siyasi təzyiq sayəsində qalib gəldiyini iddia edib.

Blatter seçimlərdə yol verilən qanunsuzluğu özünün “Ma Vérité” ( Mənim Həqiqətim) kitabında üzə çıxarıb. Burada müəllif qeyd edib ki, İcraiyyə Komitəsinin üzvləri namizədlərə dair təftiş hesabatını oxumayıb, eləcə də Qətərin çempionatı keçirməyə qadir olmadığına dair rəyi görməzdən gəliblər. Blatterin sözlərinə görə, buna səbəb İcraiyyə Komitəsinin üzvlərinin hələ seçimlərə qədər Qətəri qalib etməyə qərar vermələridir.

“Əgər həmin hesabatları diqqətlə nəzərdən keçirsəydik, Dünya çempionatı Qətərdə keçirilməzdi”, -deyə Blatter qeyd edib.

Sabiq prezident Qətərin seçimlərdə qalib gəlməsindən sonra bu ölkənin Fransa ilə avia müqavilələrə və PSJ klubunu satın almağa milyardlarla avro sərf etməsini xatırladıb.

Blatter bu hadisələr arasında əlaqə olub-olmadığını bilmək istəmədiyini vurğulayıb.

Xatırladaq ki, 2015-ci ildə Blatter futbol fəaliyyətindən korrupsiya qalmaqalına görə uzaqlaşdırılıb.

www.yenicag.az

1737
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS