Qətərdəki səfirimiz bu ölkənin bloggerləri ilə görüş keçirdi – FOTOLAR

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində qətərli bloggerlər ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüş Respublikamız haqqında yerli bloggerleri məlumtlandırmaq və sosial media vasitəsilə ölkəmizin mədəni, tarixi dəyərlərinin və turizm imkanlarının tanıdılması məqsədilə təşkil edilib.

Qətərin ən fəal və tanınmış bloggerlərinin qatıldığı görüşdə ilk öncə ölkəmizin hər tərəfli inkişafını və turizm potensialını əks etdirən video-çarx nümayiş etdirilib. Daha sonra səfir Rəşad İsmayılov qonaqları salamlayaraq, ölkəmizin tarixən dini və mədəni bağlılığı olduğu ərəb ölkələri, xüsusilə Qətər ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirən səfir son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir beynəlxalq təşkilatlar çərçivəsində Qətərin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə həmcinin bloggerlərə ölkəmizin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm imkanlarına dair geniş məlumat verilib. Son illər ərzində Qətərdən ölkəmizə gələn turistlərin sayındakı ciddi artımdan məmnunluq ifadə edilib. Səfir 11 aprel tarixində keciriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərindən danışıb. Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühitinin, ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradənin mövcud olduğuna diqqət çəkilib.

Səfir qeyd edib ki, Azərbaycanda keçiriləcək seçkilərin favoriti Prezident İlham Əliyevdir: “Onun hakimiyyəti dövründə Azərbaycanda möhkəm siyasi sabitlik, davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət xətti müşahidə olunub Qətərli bloggerlər görüşün təşkilinə görə təşəkkürlərini bildirərək, öz sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın Qətərdə daha da tanıdılması işinə töhfə verməyə hazır olduqlarını bildiriblər.

COP29