Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Əbdürrəhman bin Əl Sani Türkiyəyə səfər edib.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək qətərli naziri prezident Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
Danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq vəziyyət müzakirə olunacaq.