Qətərin xarici işlər naziri Azərbaycana gəlir

30-31 yanvarda tarixində Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təninin 31 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Yenicag.az