Qətərlə Rusiyanın sürpriz ittifaqı – Dohanı S-400-lər qoruyacaq

Qətər Orta Şərqdə bütün hesabları qarışdıracaq bir addım atmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, Qətərin Rusiyadakı səfiri Fahad Məhəmməd əl-Attiyah Rusiyadan S-400 raket sistemini almağı planlaşdırdıqlarını bildirib.

Rus mediasına müsahibə verən səfir “S-400 raket sistemini almağı düşünürük və bununla bağlı çox yüksək səviyyədə görüşlərimiz davam edir” deyib.

İki ölkə arasında ötən ilin oktyabrında hərbi əməkdaşlıq anlaşması imzalandığına diqqət çəkən Qətər səfiri “Bu anlaşma müdafiə sahəsindəki əməkdaşlığı inkişaf etdirmək üçün bizə qapılar açdı. Bu ittifaq hərbi təchizat daşınması, əsgərlərin təlimi və xüsusi xidmətlərlə bağlı əməkdaşlığı özündə ehtiva edir.

Diplomat hər iki ölkənin səfirliyində hərbi attaşenin təyin olunacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin başçılıq etdikləri körfəz ölkələri ilə krizis yaşayan Qətər özünə yeni müttəfiqlər axtarışındadır. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Qətərə oktyabr ayında gerçəkləşən ziyarəti sırasında rəsmi Doha ilə Moskva arasında hərbi əməkdaşlıqla bağlı müqavilə imzalanmışdı.

COP29