“Qətiyyətli olacağıq…” – Ərdoğandan terror açıqlaması

erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kayseridə törədilmiş qanlı terror hücumuna münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 13 hərbçinin şəhid olması, 55 nəfərin yaralanması ilə nəticələnmiş terror hücumundan danışan Rəcəb Tayyib Ərdoğan daxili çəkişmələrin kənara qoyularaq birləşmək zamanı olduğunu deyib: “Terrror təşkilatlarına qarşı millətimizlə birlikdə, bir milli səfərbərlik ruhunda birgə mübarizə aparacağıq. Gün enerjimizi fərqli mövqelər üzündən ortaya çıxan çəkişmələrə, davaya sərf etmək günü deyil, “Tək millət, tək bayraq, tək vətən, tək dövlət” prinsipi çərçivəsində bir olmaq, bərabər olmaq, qardaş olmaq, birlikdə Türkiyə olmaq günüdür”.

R.T.Ərdoğan bildirib ki, Kayseridə törədilmiş terror aktının regionda cərəyan edən proseslərlə bağlı olmadığı düşünülmür: “Məruz qaldığımız bu hücumların regionda baş verən olaylarla, xüsusilə, Suriya və İraqda baş verənlərlə, hətta iqtisadi dalğalanmalarla bağlı olduğunu bilirik. Bu terror təşkilatlarına qarşı millətimizlə birlikdə, milli səfərbərlik ruhunda qətiyyətlə mübarizə aparacağıq”.

A. Zeynalov
Yeniçağ.Az

COP29