Qətl qurbanları lazerlə axtarılacaq

Mütəxəssislər cinayətlərin açılması üçün “Lidar” lazer texnologiyasından istifadəni təklif edirlər.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, “Lidar” lazeri hədəfə yönəldərək əks olunan işığın sayını analiz edən distansiyalı zondlaşdırma texnologiyasıdır. Texnologiyadan ilk dəfə buludların tədqiqi üçün meteorologiyada istifadə edilib. Nəqliyyat şirkətləri tərəfindən “Lidar” naviqasiya üçün tətbiq olunur.

Vertolyota quraşdırılan optik diapazonlu məsafəölçən polislərə və axtarış komandalarına gizli qəbirlərin axtarışına kömək üçün məlumatların şəklini çəkə və ucqar ərazilərin üçölçülü xəritəsini yarada bilir. Alimlərin fikrincə, “Lidar” basdırılmış meyitin hissələrə parçalanması səbəbindən torpağın bir neçə santimetr çökdüyü yerləri tez müəyyənləşdirir. Belə “çöküntü”nü xüsusilə qəbir yarpaqlar və ya zibil altında gizlədiləndə adi gözlə görmək qeyri-mümkündür. Relyef xəritəsi polislərə ucqar yerlərdə meyitlərin axtarış dairəsini tez daraltmağa kömək edəcək.

Eksperimentlərdən məlum olub ki, qazılmış qəbirlər üzərində torpaq səviyyəsinin hündürlüyünün dəyişməsi qeydə alınır. Belə tədqiqat ilk dəfə aparılıb və alimlər ümid edir ki, “Lidar” məhkəmə sisteminə kömək edəcək.